Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Otellər bu yay belə işləyəcək - Qaydalar

Türkiyədə koronavirusla bağlı karantin rejimi qaydalarının yumşaldılması istiqamətində turizm sahəsində normallaşma planı hazırlanıb...

Yeni plana görə, bütün nəqliyyat daşıyıcılarında dezinfeksiyaedici vasitələr olacaq, yanaşı oturacaqlardan biri boş qalacaq.

Otel ərazisinin yalnız 60%-nin müştərilərlə dolu olmasına icazə veriləcək. Otelə gələn müştərinin maskası olmazsa, o, həmin vasitə ilə təmin ediləcək. Turistin girişdə hərarəti ölçüləcək. Binanın qəbul şöbəsində sosial məsafə cizgisi çəkiləcək. Virus əleyhinə fərqli dillərdə broşurlar və məlumat vərəqələri paylanacaq. Liftlər, dəhlizlər daxil olmaqla, otelin müxtəlif yerlərinə dezinfeksiyaedici vasitələr qoyulacaq.

Qapı tutacaqları, sensor ekranlar, nəzarət panelləri, tualetlər və dəzgahların üzəri dezinfeksiya ediləcək. Gözləmə zallarında sıxlığa yol verməmək üçün oturacaqların və kresloların sayı azaldılacaq. Otaqlardakı su qızdırıcıları, televiziya və kondisioner pultları turist oteldən getdikdən sonra dezinfeksiya ediləcək. Otaqlar 12 saat boş saxlanılacaq.

Açıq bufetlər şüşə aralıqla örtüləcək və yeməkləri otel personalı təqdim edəcək. Duz, ədviyyat və diş çöpü qabları masalardan yığışdırılacaq, onları birdəfəlik istifadə oluna bilən paketlər əvəz edəcək.

Üzgüçülük hovuzu, şezlonqlar olan sahələrdə sosial məsafə gözlənilməlidir. Turistin hovuza girmədən əvvəl riayət etməli olduğu qaydalar yazılmış lövhələr gözlə görülə bilən yerlərdə asılacaq. Fitnes salonu və SPA sahələri bu il bağlı olacaq.

Qeyd edək ki, Türkiyədə Ramazan bayramından sonra ölkədaxili, iyunun 12-dən sonra isə xarici uçuşlar başlayacaq. Xaricdən Türkiyəyə ilk uçuşlar Almaniya və Rusiyadan ediləcək. Ancaq bu uçuşlar hər iki ölkədə epidemiya riskinin az olduğu şəhərlərin hava limanlarından ediləcək.(Qafqazinfo)

pia.az


Etiket: otellər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar